"Kitabi Dədə Qorqud" boyları qiraətçilərimizin ifasında
17.12.2021-ci il tarixdə liseyimizdə "Dalğa" bədii qiraət dərnəyinin növbəti məşqləri keçirildi. Dərnəyin bugünkü mövzusu "Kitabi Dədə Qorqud" dastanı idi. Şagirdlər dastandan "Uşun Qoca oğlu Səgrəyin boyu"dan şeir nümunəri səsləndirdilər. Dünya mədəniyyətinin nadir incilərindən sayılan "Kitabi Dədə Qorqud" dastanı şagirdlərə milli adət-ənənələrimizi, mərdliyi, qəhrəmanlığı və sair müsbət keyfiyyətləri aşılamaqla yanaşı, onlarda obrazlı oxu qaydalarını da inkişaf etdirir. Eyni zamanda, dastanın bədii materialının düzgün, ifadəli, obrazlı oxusu onlarda bədii qiraət bacarıqlarını daha da təkmilləşdirir. Dərnək üzvüləri məşqin sonunda öz fikirlərini söylədilər. Onlar hər bir məşqdə bədii qiraətin düzgün qaydalarına yiyələndiklərini vurğuladılar.