Aşıq Ələsgər yaradıcılığının müxtəlif elm sahələri ilə inteqrasiyası

    15.12.2021-ci il tarixində liseydə  "Aşıq Ələsgər və elmi-nəzəri,pedaqoji fikir" Beynəlxalq Elmi Konfransında Aşıq Ələsgər və təbiət elmləri bölməsi apardığı bir sıra elmi işlərlə iştirak etmişdir. Liseyin 10-cu sinif şagirdi Heydərova Nərgiz " Aşıq Ələsgər yaradıcılığı və sağlamlıq", 9-cu sinif şagirdi Bəyim Əhməd "Aşıq Ələsgər yaradıcılığında Azərbaycan ekologiyası" mözusunda öz təqdimatları ilə çıxış etdilər. Bölmə rəhbəri Ariz Məmmədov "Aşıq Ələsgər yaradıcılığının müxtəlif elm sahələri ilə inteqrasiyası" mövzusunda öz elmi işini təqdim etdi. Bölmə iclasında 60 №-li məktəbin direktoru Emiliya Səfərəliyeva "Aşıq Ələsgər yaradıcılığında Azərbaycanın məftunedici təbiətinin təsviri" və coğrafiya müəllimi Səadət Kərimova "Aşıq Ələsgər yaradıcılığında toponimlərimiz və onların mənşəyi" mövzusunda hazırladıqları  işlərini təqdim etdilər.   

  Bölmə iclasıda çıxışlar aktiv diskussiya şəraitində maraqla dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi