Aşıq Ələsgər və filoloji fikir
15.12.2021-ci il tarixində liseyin müəllimi Tamara Məmmədovanın rəhbərliyi ilə Aşıq Ələsgərın anadan olmasının 200 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda bölmə iclaslarınından birini təşkil edən “Aşıq Ələsgər və filoloji fikir” bölmə iclasında aşığın qoşmaları, klassik şeir nümunələri, aşığın yaradıcılığının orta məktəbdə tədrisi mövzularında məruzələr dinlənilmiş, çıxışlar ətrafında müzakirələr başlamışdır. 76 nömrəli məktəbin direktoru Nəsimi Quliyev “Aşıq Ələsgər yaradıcılığının orta məktəbdə tədrisinin istiqamətləri” mövzusunda, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Tamara Məmmədova “Aşıq Ələsgər yaradıcılığında klassik şeir janrları” mövzusunda, 8-ci sinif şagirdi Miryusif Zeynalov “Aşıq Ələsgər yaradıcılığında qoşmanın xüsusiyyətləri” mövzusunda, liseyin direkoru Arif Əsədov isə “Aşıq Ələsgər yaradıcılığının müqayisəli təhlili” mövzularında məruzələr etmişlər.
Bölmə iclasına müzakirələrdən sönra yekun verilmişdir