65 illik yubiley
09.12.2021-ci il tarixində liseyin tarix müəllimi Şəfiqə Ağayevanın 65 yaşı tamam oldu. Şəfiqə müəllimə liseyin simasını müəyyənləşdirən müəllimlərdən biridir. Uzun illərdir ki, liseydə şagirdlərin təlim-tərbiyəsində, vətənpərvər ruhda böyüməsində istisna rol oynayır.
Şəfqə müəllim bu yubileyini xüsusi sevinclə qeyd edir və söyləyir ki, ad günü onun üçün ikiqat bayramdır. Çünki doğulub boya-başa çatdığı , uşaqlığını və gəncliyini keçirdiyi Ağdam işğaldan azad olub.
Liseyin direktoru Arif Əsədov Şəfiqə Ağayevanı yubiley münasibətilə Fəxri Fərmanla təltif etdi.
Səfiqə müəllim, sizi liseyin müəllim və şagird kollektivi adından bir daha təbrik edirik, sizə möhkəm can sağlığı, uzun ömür diləyirik! Yubileyiniz mübarək!