Sağlam bədəndə sağlam ruh

    Hər kəsə məlumdur ki, ölkəmizdə idmana göstərilən xüsusi diqqət dövlət səviyyəsində həyata keçirilir. Liseydə də şagirdlərin idmana olan həvəsi nəzərə alınır və onların sağlam böyüməsi üçün istənilən şərait yaradılır. Əbəs yerə deməyiblər ki, sağlam bədəndə sağlam "ruh" olar. Bu məqsədlə liseydə Voleybol və Futbol  dərnəkləri yaradılmışdır. 07.12.2021-ci il tarixində liseydə Voleybol dərnəyinin növbəti məşgələsi keçirildi. Qeyd edək ki, Voleybol dərnəyi liseydə artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Dərnəkdə  5-10-cu sinif şagirdləri iştirak edir.

    Bugünkü məşğələdə topu oyuna daxiletmə və topun qəbulunun texnikası öyrədildi. Şagirdlər topu oyuna daxiletmə və topun qəbulu yollarını yaxşı mənimsədilər. Bu şagirdlərin voleybola, ümumilikdə idmana olan marağını daha da artırır.

   Liseyin Voleybol üzrə yığma komandası dəfələrlə Nərimanov rayonunda keçirilən yarışların qalibi  və Bakı birinciliyinin iştirakçısı olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi