Sudoku yarışması

19 noyabr 2021-ci il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində "Sudoku" intellektual oyunu təşkil olunub. Oyunda mərkəzin dərnək üzvləri və şəhər məktəbliləri iştirak edib. Oyun 2 yaş qrupu (V-VI və VII-VIII siniflər) üzrə keçirilib. Pandemiya şəraitini nəzərə alaraq uşaqlar müxtəlif otaqlarda 15 nəfər olmaqla bölüşdürülərək yerləşdirilib. Hər bir iştirakçıya 5 Sudoku cədvəli paylanılıb və cədvəlləri doldurmaq üçün ümumilikdə 45 dəqiqə zaman verilib. Yarışmaya Respublika Uşaq -Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən İntellektual şöbənin şöbə müdiri Alik Məmmədov və şöbənin digər əməkdaşları nəzarət edib. Qaliblərə I,II və III yerlərə sahib olmaqla mərkəzin diplomları ilə təltif olunacaqlar. Bu yarışmada bizim liseyinin V, VI və VII sinif şagirdləri iştirak etmişdir. Onlardan V sinif şagirdləri Kərimli Çiçək I yerin və Balaqadaşlı İbrahim II yerin qalibi olmuşdur. Şagirdlərimizi təbrik edirik! Onlara növbəti yarışlarada uğurlar arzu edirik!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi