Göyçədən süzülən sözün sehri

    02.12.2021-ci il tarixində liseydə aşıq sənətinin ən böyük ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş  tədbirin hazırlıq məşqləri keçirilmişdir.

    Şagirdlər Aşıq Ələsgərin “Dağlar” şeirini həvəslə söylədilər. Şeirdəki təbiət mənzərəsi və təbiətin gözəlliyi, eyni zamanda şairin vətəninə məhəbbəti şagirdlərin ifasında sanki rəngli boyalarla təqdim olunur. Şagirdlər hər bənddə bu gözəllikləri açmağa çalışırdılar.

    9a sinif şagirdlərinin ifasında isə “Aşıq Ələsgərin Naxçıvan səfəri” adlı səhnəciyin hazırlıq məşqi keçirildi.

    Səhnəcikdə Aşıq Ələsgərin şəyirdi Nağının başına gələnlər və böyük ustadın şəyirdi ilə Naxçıvandakı bəy məclislərindən birində baş verən maraqlı əhvalatdan bəhs olunur.

    Şagirdlər bu səhnələri maraqla ifa etməyə çalışdılar. Səhnəciyin sonunda Aşıq Ələsgərin böyüklüyü, onun sadə, xeyirxah insan olması diqqət çəkir. Şagirdlər hər bir obraz üzərində böyük həvəs və məsuliyyətlə çalışırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi