Şifahi xalq ədəbiyyatından nümunələr

    01.12.2021-ci il traixində liseyin " Dalğa" bədii qiraət dərnəyinin hazırlıq məşqləri keçirilmişdir. Şagirdlər şifahi xalq ədəbiyyatından nümunələr söyləmişlər. Söylənilən bayatılar, atalar sözləri, sayaçı sözlər  şagirdlərin həm nitqinin inkişafını, həm də onlarda bədii qiraət bacarığını inkişaf etdirir. Şagirdlər dərnəkdə düzgün oxu qaydalarına yiyələnirlər. Onlarda obrazlılıq və ifadəli oxu tərzi təkmilləşir. 

    Xalq yaradıcılığının bütün növləri şagirdlərdə folklorumuza marağı daha da artırır. Onlarda səlis və aydın nitqi daha da formalaşdırır. Bu isə hər kəs üçün çox vacibdir. Səlis nitq olduqda söylənilən fikir aydın çatdırılır. 

    Nitqin düzgün və ifadəli olması həm də şagirdlərdə özünə inam hissini yaradır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi