“Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” Mövzusunda beynəlxalq elmi konfrans
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik Yubileyinin keçirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamına uyğun olaraq Bakı şəhəri Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №li Ekologiya liseyinin təşkilatçılığı ilə 2021-ci ilin 15 dekabr tarixində Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir”mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Aşıq Ələsgər Azərbaycan bədii fikrində və aşıq şeirində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Görkəmli aşığın yaradıcılığı 200 ilə yaxındır ki, sevilir, oxunur, tədqiq edilir. Aşığın 200 illik yubileyi ilə əlaqədar 291 №li Ekologiya liseyində təşkil olunacaq beynəlxalq elmi konfrans Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı fərqli kontekstdə tədqiqatlarının aparılması məqsədi daşıyır.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Aşıq Ələsgər və filoloji fikir
- Aşıq Ələsgər və Azərbaycan tarixi
- Aşıq Ələsgər və ekologiya
- Aşıq Ələsgər və incəsənət
- Aşıq poeziyası və türk xalqlarının bədii dəyərləri
Teziz və məruzələrin təqdim edilməsi üçün son tarix: 01 dekabr 2021-ci il
Tezislər aşağıdakı e. mail ünvanına göndərilməlidir: [email protected]
Konfransın işçi dili: Azərbaycan, türk, rus, ingilis
Elmi Konfransa məruzə və tezis göndərmək istəyən müəlliflər üçün təlimat
- Materiallar tezis və ya məruzə şəklində göndərilə bilər.
- Tezisvə məruzənin adı 12 sözdən çox olmamalıdır.
- Tezis və məruzənin adı böyük hərflərlə, qalın şriftlə, 14 ölçüdə, şrift Times New Roman
- Müəlifin soyadı, adı, atasının adı: qalın şriftlə, 12 ölçüdə,şrift Times New Roman
- Təşkilat, şəhər və ölkənin adı: şrift, kursiv, 12 ölçüdə, şrift Times New Roman
- Elektron ünvan: adi şriftlə, 12 ölçüdə, şrift Times New Roman
- Tezis və məruzələrin formatı. A4 , doc olsun
- Təqdim edilən məruzə orijinal olmalı, əvvəllər hansısa nəşrdə yayımlanmamalıdır.
- Məruzənin məzmunu və quruluşu aşağıdakı hissələrdən ibarət olmalıdır:
— problemin qoyuluşu (məqalədə həlli axtarılan məsələ);
— məsələnin həlli üçün mövcud metodoloji yanaşmaların təhlili;
— tədqiqat hissəsi;
— dəlillər sistemi və elmi əsaslandırma;
— tədqiqatın nəticələri;
— istifadə edilmiş ədəbiyyat.
-üç dildə açar sözlər
-iki dildə xülasə
- Məruzənin həcmi 5-6 səhifə olmalıdır.
- Məruzənin birinci səhifəsində (Azərbaycan və İngilis dillərində) aşağıdakı məlumatlar yer alır:
— müəllifin adı, soyadı;
— müəllif haqqında qısa məlumat (elmi dərəcə, vəzifə, iş yeri, elektron poçt ünvanı, tel. nömrəsi);
— məruzənin adı;
— məruzənin xülasəsi (maksimum 100 söz); ( Az, Rus, İngilis dillərində)
— açar sözlər (5-7 söz). ( Az , Rus, İngilis dillərində)
- Məruzənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı əlifba sırası ilə (əvvəl Azərbaycan dilində, sonra xarici dildə)
APA Citation formatında aşağıdakı nümunələrə əsasən verilir:
a) Kitablara istinad nümubəsi:
Əliyev, F. Ə., Ağayev, Ş. S. (2011). Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri. Bakı, Elm nəşriyyatı, 151 s.
b) Jurnallara istinad istinad nümubəsi:
Mikayılova, Ü. (2019). Azərbaycanda inklüziv təhsil islahatları. Azərbaycan məktəbi. №3, səh. 37-48.
c) İnternet səhifələrinə istinad nümubəsi:
UNESCO (2013). World Heritage list. http://whc.unesco.org/en/list
- Əlyazmalar Microsoft Word formatında qəbul olunur.
- E-mail: [email protected]
- Ünvan: Nərimanov rayonu, Mayakovski küçəsi 12
Instructions for Authors
• The submitted manuscripts must be original work that has not been previously published and is not under consideration elsewhere.
• All manuscripts must contain the required sections:
— Title, Author information (position, rank, highest academic degree obtained, and contact information);
— Abstract (maximum 200 words);
— Keywords (5-7 words);
— Introduction, Materials and Methods, Results, Discussion, Conclusions;
— References.
• A typical paper for this journal should be no more than 8000 words.
• References should be prepared according to APA Citation Format.
• Accepted file format is: Microsoft Word
E-mail:[email protected]