Təbiət üçün bir olaq!
18.11.2021-ci il tarıxındə Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Təbiət üçün SOS” layihəsinin davamı olaraq, növbəti açıq dərs Azad Hümbətov adına 291№-li Ekologiya liseyinin ”Bal arıları” Ekoklubunda keçirildi. Lahiyənin fəal iştirakçısı olan məktəbin 7c sinif şagirdi Rüstəm Abdullayev ”Təbiət üçün SOS” yay məktəbinin proqramları haqqında təzə Ekoklub üzvlərinə məlumat verdi.
Dəsdə yay məktəbini əks etdirən videoçarx nümayiş etdirildi. “Tullantıların idarə edilməsi, təkrar emalı və plastik torbaların ekoçantalarla əvəz edilməsi mövzusunda liseyin Ekoklubunun rəhbəri Qasımova Mətanət müəllimin rəhbərliyi ilə hazırlanmış Rüstəm Abdullayevin tədimatı oldu.
Ekoklub üzvləri ekoçantaların üzərində əks olunacaq, rəsmlərə öz dizaynlarını verərək, kağız üzərində rəsmlər çəkdilər.