Məktəbdaxili Məntiq olimpiadası

    Azad Hümbətov adına 291 №-li Ekologiya liseyində V, VI, VII,VIII siniflərində təhsil alan şagirdlər arasında Məntiq Olimpiadalarına hazırlıq məqsədi ilə məktəbdaxili bilik yarışı keçirilib. Şagirdlərin böyük maragına səbəb olan yarışda 170 şagird iştirak etmişdir.

    Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin müəyyənləşdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və məqsədyönlü metodiki işlərin aparılmasından ibarətdir.

    16.11.2021-ci il tarixində I yerlərin, 17.11.2021-ci il tarixində II yerlərin,18.11.2021-ci il tarixində isə III yerlərin mükafatlandırılması oldu.

    170 nəfərin iştirakı ilə keçirilən Məntiq Olimpiadasında 70 şagird qaliblər sırasına adını yazdıra bilmişdir. Liseyin direktoru Filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov yarışda məntiqi təfəkkürünə görə fərqləndirdikləri üçün onları təbrik emiş və onları diplomla mükafatlandırmışdır.

    Bütün qaliblərə daha mötəbər yarışlarda qalib olmağı arzulamış və onlardan həmişə yüksək nəticələr gözlədiyini şagirdlərin diqqətinə çatdırmışdır.

    Onu da qeyd etmək yerinə düşər ki,bu səpkidə yarışların, olimpiadaların, müsabiqələrin keçirilməsi şagirdlərə özunu təqdim etməyə böyük imkan yaradır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi