"Qarabağ Azərbaycandır! " adlı ədəbi-bədii kompozisiya
08.11.2021-ci ildə liseyin şagirdləri Altun sarayda Nərimanov rayon ictimaiyyəti qarşısında “Zəfər günü” bayramına həsr olunmuş tədbirdə çıxış etmişlər.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev,Nərimanov rayon İcra başçısı Abdin Fərzəliyev, Nərimanov rayon Ağsaqqllar şurasının üzvləri, şəhid ailələri, qazilər, Nərimanov rayon məktəb direktorları və digər nümayəndələr iştitak edirdilər.
Tədbir açıq ediləndən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Nərimanov rayon şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdrilildikdən sonra liseyin şagirdlərinin çıxışları tədbirdə yer aldı.
9-cu sinif şagirdlərinin təqdim etdiyi “Azərbaycan” kompozisiyası duyğulu, xoş əhval-ruhiyyə təsiri bağışladı.8-ci sinif şagirdlərinin “Döyüş əmri ver! ” adlı səhnəciyi oynanılarkən əsgər rolunu ifa edən hər bir şagirdin çıxışı zalda alqışlarla qarşılanırdı.Bu çıxışların təsirindən zalda göz yaşlarına hakim kəsilməyənlər də az deyildi. Şagirdlərin çıxışlar sanki adını daşıdığı Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun ruhu qarşısında bir hesabat idi.
Zalda əyləşənlərin hamısına şagirdlərin çıxışları xoş təəssurat bağışlamışdı. Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev həm şagirdlərə, həm də belə vətənpərvər ruhlu çıxışları üçün əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.Tədbirin sonunda Nərimanov rayon Ağsaqqllar şurasının sədri, şəhid A.Hümbətovun atası Arif Hümbətov Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciəti oxudu.