Vətən Müharibəsi Qəhrəmanının ailəsi ilə görüş
Liseyimizdə Vətən Müharibəsi Qəhrəmanı, liseyimizin şəhid məzunu Azad Hümbətovun ailə üzvləri ilə görüş keçirilmişdir. Qonaqlar əvvəlcə liseyin şagirdləri ilə görüşmüş, onlara Azad Hümbətovun evdə dərslərini oxuması, dərslərinə ciddi hazırlıq prosesi haqqında məlumat vermişlər. Sonra məzunumuzun müəllimləri ailə üzvləri ilə görüşmüşlər. Onlar Azad Hümbətovun liseydə oxumasından, ictimai işlərdə fəallığından danışmışlar. Azad Hümbətovun atası Arif Hümbətov bildirmişdir ki, məhz liseyin təlim və tərbiyəsi nəticəsində Azad hərbiçi olmuş, Ali Baş Komandanın bir çağırışı ilə azğın düşmənlərə qarşı mübarizəyə atılmışdır. Azad Hümbətov 44 günlük Vətən Müharibəsində rəşadət göstərmiş, düşmənə sarsıdıcı zərbələr vurulmasında yaxından iştirak etmişdir. Azad Hümbətovun düşməndən qənimət kimi götürdüyü tanklardan üçü hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Liseyin müəllimləri bildirmişlər ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə almasında, yurd sevgisinin inkişaf etməsində Azad və onun timsalında qəhrəmanlarımızın həyatı, döyüş yolu və mübarizə tarixi ciddi nümunədir. Bu nümunə şagirdlərə hər zaman aşılanmalıdır.