Şagirdlərimizin Şəhidlər xiyabanı və Hərbi Qərbi Qənimətlər Parkına səfərləri davam edir
Liseyimizin 5-ci sinifləri sinif rəhbərləri Şəfayət Mirzəyeva və Ülviyyə Adıgözəlovanın rəhbərliyi ilə əvvəlcə Şəhidlər Xiyabanını, sonra isə Hərbi Qənimətlər Parkını ziyarət etmişlər. Onlar şəhidlərimizin məzarlarını ziyarət etmiş, məzarları önünə təzə gül dəstələri qoymuşlar. Şagirdlərimiz şəhidlərimizin şəninə yazılmış şeirləri səsləndirmiş, öz fikirlərini bildirmişlər. Sonra Hərbi Qənimətlər Parkına gedən şagirdlərimiz şanlı ordumuzun möhtəşəm qələbəsinin bir hissəsi ilə əyani şəkildə tanış olmuşlar. Onlar 44 günlük Vətən Müharibəsi müddətində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında sıx şəkildə birləşərək dünyaya nümunə olduğunu fəxrlə bildirmişlər. Şagirdlərimiz açıq havada sərgilənən qənimətlərə baxaraq, əsgərlərimizin mərdliyindən, şücaətindən fəxrlə bəhs etmişlər. Ordumuzun xalq birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbə vurması, otuz il müdətində işğal altında qalan doğma torpaqlarımızın azad olunması şagirdlərimizi daha yaxşı təhsil almağa, vətənimizin gələcəyi üçün əzmlə çalışmağa ruhlandırmışdır.