“18 Oktyabr Müstəqilliyin bərpası günü”
18 oktyabr 2021-ci il tarixində liseydə ilk dərslər “18 Oktyabr Müstəqilliyin bərpası günü” nə həsr olunmuşdur. Liseyin tarix müəllimi Ağayeva Şəfiqə 10b sinfində, tarix müəllimi Bayramova Arzu 9b sinfində, informatika müəllimi Aygün Nəsrullayeva isə 9ç sinfində açıq dərslər keçirmişlər. Dərslərdə 1918-ci il 28 mayda Azərbaycanın müstəqilliyinin elan olunması haqqında məlumat verilərək bildirildi ki, AXC Şərqdə ilk Demokratik Respublika idi. Lakin 1920-ci il 28 apreldə Sovet ordusu tərəfindən Azərbaycanın işğal olunduğu, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizə nəticəsində 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa olunması bir daha şagirdlərin diqqətinə çatdırıldı.
Bu gün öz aktuallığı ilə dövrümüzə uyğun səsləşən Ulu Öndər Heydər Əliyevin fəxarətlə qeyd etdiyi: “ Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir! ” bir daha xüsusi olaraq vurğulandı.