Son zəng
Bu gün respublikamızın hər yerində olduğu kimi 291 №li Ekologiya liseyində də Son zəng bayramı böyük coşqu və təntənə ilə qeyd olunmuşdur. Qəlbləri riqqətə gətirən, yeni sabahlara qapılar açan, bir qədər qəlbləri kövrəldən son zəng çalınmışdır. Tədbiri ilk təbrik çıxışı ilə liseyin direktoru açmışdır. Son zəng mərasimində məzunların valideynləri də söz alaraq övladlarının müəllimlərinə, liseyin müdiriyyətinə öz minnətdarlıqlarını bildirmişlər. Məzunların qonağı olmuş Respublikanın xalq artisti, Şöhrət ordenli Faiq Sücəddinov çıxış edərək onları təbrik etmiş və gələcəkdə uğurlar arzulamışdır. Tədbirin aparıcıları liseyin cari tədris ilində əldə etdikləri uğurlardan söz açmış və növbəti dərs ilində məzunlara tələbə adı qazanmağı diləmişlər. Sonda rəsmi hissə bədii hissə ilə əvəz olunmuşdur.