Xalça müzeyinə ekskursiya

02.10.2021-ci il tarixində liseyimizin Tarix müəllimi Arzu Bayramova rəhbərlik etdityi 8b sinfi ilə birgə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil etmişdi.
Muzeydə şagirdlər həm qədim,həm də müasir xalça nümunələri ilə tanış oldular.İri monitorlarda göstərilən videoçarxlarda xalçaların toxunması,ipəklərin hazırlanması texnologiyalarını izlədilər.
Həmçinin məşhur xalçaçı rəssamlarımızın -Lətif Kərimovun,Eldar Mikayılzadənin,Kamil Əliyevin,Aydın Rəcəbovun və digərlərinin əl işləri tanış olub,onların bioqrafiyaları haqqında məlumatlar topladılar.
Bu cür ekskursiyalarlıın təşkili şagirdlərin maarifləndiririlməsində xüsusi rol oynayır.