Müəliməmizin növbəti məqaləsi nəşr olunmuşdur
24.09.20021-ci il tarixdə liseyin Təşkilat işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovanın "Azərbaycan müəllimi" qəzetində "Ədəbiyyatımızın alim Əsgəri" adlı məqaləsi nəşr edilmişdir.Məqalə görkəmli alim, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Nyu York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasınının akademiki, 2019-cu ildə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq qızıl medalına layiq görülmüş, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun70 illik yubileyinə həsr olunmuşdur.
Xatırlatmaq istərdik ki, Z.Qasımova mütəmadi olaraq dövri mətbuatda müxtəlif səpgili yazılarla çıxış edir.