Musiqi ruhun qidasıdır

 

     17.09.2021-ci il tarixdə  liseyin Uşaq Təşkilatı Birliyinin Rəhbəri Atlaz Zeynalovanın təşkilatçılığı ilə  Milli Musiqi Gününə həsr olunmuş “Musiqi ruhun qidasıdır” adlı onlayn tədbir keçirilmişdir. Liseyin musiqi müəllimi  Gülbəniz Muxtarova tədbiri giriş sözü ilə açaraq milli musiqimizin yaranma tarixindən və dahi bəstəkar, publisist, yazıçı Üzeyir Hacıbəyovun musiqimizin yaranmasındakı əvəzsiz rolundan bəhs etdi. Eyni zamanda Üzeyir Hacıbəyov məktəbinin davamçıları olan bir çox bəstəkar ,müğənni və musiqiçilərin  yaradıcılığı haqqında məlumat verdi.G. Muxtarova dahi bəstəkarın yaradıcılığından  gözəl bir musiqi nümunəsi səsləndirməklə çıxışını yekunlaşdırdı.
    Sonra liseyin şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri bir-birini əvəz etdi.
Eyni zamanda UBTR-i Atlaz Zeynalova istedadlı  şagirdlərin asudə vaxtlarında təhsil aldıqları  Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində olmuş və  fleyta üzrə musiqi müəllimi ,”Dan Ulduzu” instrumental ansamblının solisti Tofiq Seyidəmirovun bayram təbriklərini liseyin kollektivinə çatdırmışdır.
      Tədbir 10 A sinif şagirdi Veysəlzadə Sabunənin ifasında “Uzundərə” rəqsi ilə sona çatmişdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi