Şəhid Azad Hümbətov abidəsinin açılışı
26.06.2021-ci ildə Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümündə liseyin məzunu, Vətən müharibəsi qəhrəmanı şəhid Hümbətov Azad Arif oğlunun abidəsinin açılışı oldu.
Abidənin açılışında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Sahib Alıyev, N. Nərimananov icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təhmuraz Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələri, şəhidin döyüş və sinif yoldaşları,Nərimanov rayon şəhid ailələrinin üzvləri iştirak etdilər.
Açılışda H.Azadın müəlliməsi 291№-li Ekologiya liseyinin direktor müavini, filologoya fəlsəfə direktoru Qasımova Zeynəb də çıxış edənlərin sırasında idi.Z.Qasımova Azadın liseydə təhsil aldığı dövrdə nizam-intizamlı, savadlı, mehriban, mərd, məsuliyyətli və vətənpərvər ruhlu bir şagird olduğu vurğuladı. Z.Qasımova liseyə Hümbətov Azadın adının verilməsinin ən böyük arzusu olduğunu vurğuladı.