Son zəng
14.05.2021-ci il tarixində liseydı "Son zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan bayrağının zirvəyə dalğalanması və Himnin səslənməsi ilə başlandı.Sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Liseyin direktoru K.R,Miorzoyeva məzunları təbrik etdi.Onlara xeyir-dua verərək,uğurlar arzu etdi.Vətən müharibəsində şəhid olmuş liseyin məzunu Azad Hümbətovun valideynləri və döyüş yoldaşları qonaq qismində iştirak etdilər. Şəhid A.Hümbətovun keçdiyi döyüş yolundan söhbət açdılar.
Daha sonra 11a,11b,11c sinif şagirdlərinə söz verildi.Vətənə aid şeir nümunələri səsləndirildi.
Sonda məzunların ifasında möhtəşəm " Bayraq " rəqsi təqdim olundu. Məzunlara uğurlar arzu edildi və tədbir son zəngin sədaları altında sona yetdi.