Qarabağ şagirdlərin rəsmlərində

    Liseyin şagirdləri xüsusi bir zövqlə və rəğbətlə liseyin onlayn təsviri incəsənət dərslərinə qoşulurlar. Onlar dərsdə həm rəsm çəkirlər,həm də dünyanın, ölkəmizin mədəniyyət və incəsənət incilərini ,tarixi abidələrini müzakirə edirlər.

    44 günlük Vətən müharibəsinin qələbə sevinci şagirdlərə böyük qürur yüksəkliyi verdi.Onlar bu sevinci ,qalib xalqın nümayəndəsi olduqlarını öz rəsmlərində,videoçarxlarında ifadə etdilər.

    Şagirdlər düşməndən azad edilmiş heç bir mədəniyyət abidəmizi diqqətdən kənarda qoymamağa çalışdılar.Ağdamın Cümə məscidini,Ağdamın çay evini,Qubadlının Qalalı-qalasını, Şuşanın Gövhər ağa məscidini,Laçının və Kəlbəcərin alban məbədlərini,Xudafərin körpüsünü və sairə öz rəsmlərində canlandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi