Azərbaycanda multikulturalizm

    Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması biz müəllimlərin qarşısışda duran ən mühüm vəzifələrdən biridir.Bizim məqsədimiz uşaqlara təhsil,elm verməkə yanaşı,həm də onları yetgin bir vətəndaş kimi yetişdirmək,onlarda vətənə,torpağa sədaqət,lazım gələrsə,Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.

 Cənab Prezident İlham Əliyev öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış və demişdir: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda,milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhımiyyət veririk.Bu inkişafın əsası,həm də bir xalqın inkişafının əsasıdır."

  Tarix fənni də məhz şagird dünyagörüşünün,şəxsiyyətinin,vətənpərvərlik hisslərinin formalaşdırılması baxımdan xüsusi əhəmiyyətə malik tədris fənnidir.Ekologiya liseyinin tarix müəllimi Səbinə Məmmədova,gələcəyimiz olan şagirdlərimizə  vətənimizi ,dilimizi sevmək,torpaqlarımızı qorumaq,keçmişimizi,tariximizi öyrənmək ,milli-mənəvi dəyərlərimizə sahib çıxmaq kimi ali hissləri aşılamağa çalışır.     

 Dərslərdən biri tarix müəllimi Səbinə Məmmədova ,9c sinif şagirdləri ilə Azərbaycan Respublikasının Prezidenti,Ali baş Komandan cənab İlham Əliyevin Vətən Müharibəsi dövründə Azərbaycan dövlətinin şanlı qələbəyə aparan  daxili və xarici siyasəti mövzusu üzərindən Azərbaycanda bütün siyasi partiyaların birləşməsi,multikulturalizmin nümayişi ,xarici medianın ikili standart yeritməsi,xalqın öz rəhbəri ətrafında birləşməsi məsələlərinin müzakirəsinə həsr edilimişdir. 

 İkinci Qarabağ müharibəsinin şahidi olan şagirdlər çoxşaxəli  araşdırmalar apararaq, videomateriallar toplamış,müxtəlif mənbələrə istinad edərək,mövzu ətrafında təhlillərini təqdim etmişlər.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi