"Kiçik Akademiya" adlı məqalə

    05.03.2021-ci tarixində №09( 8917 )"Azərbaycan müəllimi" qəzetində  "Kiçik Akademiya" adlı məqalə dərc edilmişdir. Məqalədə BŞTİ-nin İnkişaf Layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova və "Kiçik Akademiya"ların fəaliyyəti ilə bağlı məlumat öz əksini tapmışdır. "Kiçik Akademiya"da şagirdlərin dünya görüşünün artırılması, elmi-tədqiqat işlərinə cəlb edilməsi, axtarışların aparılması və elmi lahiyələrdə iştirak etmək vərdişlərinin formalaşdırılması qeyd edilmişdir. 

   Məqalənin müəllifi R.Ziyadov liseyin  "Kiçik Akademiya"sının prezidenti biologiya üzrə fəlsəfə doktoru Ariz Məmmədovla görüşüb və görülən işlərlə yaxından tanış olub." Kiçik Akademiya"nın vitse-prezidenti X sinif şagirdi Cabbarlı Cəlil burada yeni biliklər əldə etdiyindən, necə və hansı istiqamətdə işlər görməsindən danışıb."Kiçik Akademiya"nın II vitse-prezidenti IX sinif şagirdi Heydərova Nərgiz onun üçün araşdırmalarının  maraqlı olduğunu vurğulayıb. IX sinif şagirdi Məryəm Nəzərovanın fikrincə "Kiçik Akademiya" bilik və bacarıqların artırılması baxımından xüsusi bir məktəbdir. IX sinif şagirdi Fateh Zərquliyevin fikrincə isə qonşu məktəblərdə olan "Akademiya"larla əməkdaşlıq nəticəsində yeni dostlar tapmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi