8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir

    04.03.2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən " 8 Mart - Beynəlxalq Qadınlar  Günü " münasibəti ilə rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin direktorları və direktor müavinləri ilə  xüsusi karantin rejimi qaydalarına riayət etməklə görüş keçirilib. Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladılar və qarşıdan gələn 8 mart-Beynəlxalq Qadınlar bayramı münasibətilə bütün xanımları təbrik edərək xoş arzularını çatdırdılar. Qadınların həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malik olduğunu vurğuladılar. Bu gün cəmiyyətin qadınsız təsəvvür etmək mümkün olmadığını söylədilər . 

  Sonda Dövlət Gənclər və İdman Siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, gənc nəslin sağlam və vətənpərvər ruhda tərbiyəsində göstərdiyi xidmətlərə, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə və "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə orta ümumtəhsil müəssisələrinin direktorları və direktor müavinləri fəxri fərmanlarla təltif olundular.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi