Qarabağ musiqiçiləri
Liseyin musiqi müəlliməsi Muxtarova Gülbəniz 22.02.2021-ci il taxində " Qarabağ musiqiçiləri " haqqında təqdimat hazırlamışdır.
Təqdimatda məqsəd şagirdlərə Qarabag torpağının əsl musiqi ocağı,incəsənət mərkəzi olduğunu çatdırmaq idi. Qafqazın "Konservatoriyası" adlandırılan Qarabağda opera sənətinin banisi Ü.Hacıbəyli,vokal musiqi məktəbinin banisi Bülbül,gözəl məlahətli səsə malik olan "Qarabağ şikəstəsinin" mahir ifaçısı Xan Şuşinski, muğam ifaçılarından Yaqub Məmmədov, Seyid Şuşinski haqqında məlumatlar verilmişdir. Bu,bir daha sübut edir ki,Qarabağda doğulan uşaqlar "Segah" üstdə ağlayır, "Şahnaz" üstdə gülürlər.
Bu gün Qarabağımız Ali baş komandan İlham Əliyev və rəşadətli ordumuz sayəsində azaddır. Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!