“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”
Liseydə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” ilə əlaqədar Uşaq Birliyinin Təşkilatçılığı şagirdlər arasında dəyirmi masa keçirmişdir. “ Yol hərəkəti qaydalarına necə riayət etməli” mövzusunda keçirilən dəyirmi masada liseyin təşkilat işləri üzrə direktor müavini Z.Qasımova, liseyin müəllimləri N.Katibli, S.Kərimova iştirak etdilər. Bundan əlavə şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə liseyin direktoru K.R.Mirzoyeva Nərimanov rayon Yol Patrul Xidmətinə ərizə ilə müraciət edərək, liseyin yerləşdiyi ərazidə 4 piyada keçid zolağı və 4 ədəd yol nişanı salınmışdır.