Ağdam çörək muzeyi

  21.01.2021-ci il tarixində liseyin tarix müəllimi Şəfiqə Ağayeva 9a sinif şagirdləri ilə birgə Ağdam çörək muzeyi haqqında açıq dərs keçirdi. Dərsdə Ağdam çörək muzeyi barədə şagirdlərə ətraflı məlumat verdi.

  Ağdamda Çörək muzeyinin yaradılması fikri 1983-cü ildə Almaniyanın Ulm şəhərində yerləşən Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra rayon partiya komitəsinin I katibi işləmiş Sadıq Murtuzayeva məxsusdur. 

  25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi.

Keçmiş SSRİ-in paytaxt şəhərlərində bişirilən 300-dən artıq çörək nümunəsi muzeydə sərgilənən  2800-ə yaxın eksponatın arasında Ağdam ərazisindəki "Çalağan təpədə"  arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan buğda da var idi. 

  Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində muzeyə 2 dəfə mərmi düşmüşdür. Birinci mərmi üçüncü zala düşsə də partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad kəndində və Naxçivanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək mümkün olmadı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi