"20 Yanvar" faciəsinin anım tədbiri

  Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi-1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır.

  Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızca qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

  Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

  Fövqəladə vəziyyət elan olunmadığı rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

  Bu ağır, qanlı gecəni unutmayan və unutdurmayan liseyin müəllim kollektivi 19 yanvar 2021-ci il tarixində onlayn şəkildə  "20 Yanvar" faciəsinin anım tədbirini keçirdilər. Liseyin tarix müəllimi Şəfiqə Ağayeva "20 Yanvar" faciəsi haqqında danışdı. Liseyin müəllimləri bu barədə öz fikirlərini bölüşdülər. 20 Yanvar şəhidlərinin və Vətən şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 

  Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizi hər zaman hörmətlə anacaqlarını və onların Azərbaycanın tarix salnaməsində şərəfli və ləyaqətli yolunu unutmayacaqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi