"Anım günü"
19.01.2021-ci il. Bu tarix havası qədər soyuq, anımı qədər ağırdır. Bu tarix xalqımızın qan yaddaşıdır. Məhz bu tarixdə əliyalın insanlar tank qarşısına çıxaraq xalqımızı, vətənimizi öz canları bahasına qorumağa başladılar.
Sovet qoşunu isə həmin gün heç nəyə məhəl qoymadan hər kəsi gülləbaran etdi. Yaşından asılı olmayaraq neçə-neçə insan güllələndi. Onlar qarşılarına çıxan hər kəsi-işə gedəni, dərsdən gələni, hətta öz evində olanları da güllə yağışına tutdular.
Bu zülm heç zaman unudulmayacaq. İndiki və gələcək nəsillər xalqımızın çəkdiyi bəlaları bilməli və unutmamalıdır.
19.01.2021-ci il tarixində liseyin müəllimləri onlayn dərslərini 20 Yanvar şəhidlərinin anımı ilə başladılar. Onlar şagirdlərlə bu tarixdə baş verən hadisələri yada saldılar. Şəhidlər barədə bildikləri məlumatları bölüşdülər. Qeyd olundu ki, indiki azad və müstəqil dövlətimiz üçün biz şəhidlərimizə hər zaman minnətdar olmalıyıq.