"Şəhidlərimizi tanıyaq və tanıdaq!" layihəsi

  Liseyin tarix müəllimi Səbinə Məmmədova şagirdlərlə "Şəhidlərimizi tanıyaq və tanıdaq!" adlı mənəvi dəyəri böyük olan bir layihə hazırlamışdır. Vətənpərvərlik istiqaməti üzrə aparılan işlərə dəstək məqsədilə təşkil edilən bu layihənin icrası zamanı hər bir şagirdə şəhidlərimizin keçdiyi qısa bir tarix yolunun azərbaycanlılara və dünyaya çatdırmaq, eyni zamanda bu şərəfli yolu daha yaxşı öyrənmələri üçün video çəkib hazırlamaqları tapşırılmışdır.

  Şagirdlər vətən yolunda şəhid olan əsgərlərimizin bəziləri haqqında video hazırlayaraq şəhidlik zirvəsinə çatan hərbi qulluqçularımızı, könüllülərimizi tanımış və tanıtmış oldular. 

  Videoları paylaşılan kanallarda çox izləyicisi auditoriyası olmasa da, ən azından hər bir videoya 500-600 baxış sayı olur. Bununla, bizim də düşmənə sinə gərən qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad etmək, adlarını əbədiləşdirmək və ruhlarını şad etməkdə kiçik də olsa rolumuz olur.

  Həmçinin, şagirdlərin şəhidlik zirvəsinə çatmağın ucalığını hiss etdirmək amalı sadəcə ənənəvi əzbərləmə yolu ilə deyil, müharibə tarixini araşdıraraq gerçəkləşdirmiş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi