"BMT-in İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi
Dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), "EkoSfera" SEM-in birgə təşkilatçılığı ilə "BMT-in İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi çərçivəsində onlayn platformada "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda vebinar, "İqlim dəyişmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsahibəsi və "Mavi səma üçün təmiz hava" fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib.
Bu layihədə liseyimizin "Bal arıları" Eko-klubunun üzvləri Salahov Ayaz, Nəzərova Məryəm, İbrahimova Nərgiz, Hüseyova Ləman və 9c sinif şagirdi Həsənov Nihad bu layihədə iştirak etmişlər. S.Ayaz, İ.Nərgiz, H.Ləman "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda vebinar üzrə "Special Award" qalibləri olmuşlar.
İbrahimova Nərgiz "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda keçirilən vebinarda esse yazmış və qalib olmuşdur.
Nəzərova Məryəm "İqlim dəyişmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsinin iştirakçısı olmuş və xüsusi sertifikata layiq görülmüşdür.