Qan,qan xəstəlikləri və donor olmaq həyatı qurtarır

    27.02.2020-ci il tarixində liseyimizdə " Qan,qan xəstəlikləri və donor olmaq həyatı qurtarır  " mövzusunda tədbir keçirildi.Tədbir liseyin biologiya müəllimi Əliyeva Səadəqətin rəhbərliyi ilə 8a sinfinin təqdimatında təqdim olundu.Mövzu müasir  dövrümüz üçün aktual olan hemofiliya,leykoz.anemiya ,QİÇS,hepatit və talassemiya kimi xəstəlikləri əhatə eləmişdi.

    Tədbirin əsas məqsədi şagirdlərə bu kimi xəstəliklərdən qorunmaq və qarşısını almaq yollarını öyrətmək,onları maarifləndirmək idi.Şagirdlərin ifasında donor qanının bir insanın həyatını qurtarmaq üçün nə dərəcədə əhəmiyyətli olması ilə bağlı səhnəcik göstərildi.

    Tədbirdə liseyin direktoru,təlim-tərbiyə işləri üzrə direktor müavini ,UBR,müəllimlər və şagirdlər iştirak etdilər.

    Şagirdlərin çıxışı hamı tərəfindən çox maraqla qarşılandı.

    Sonda liseyin direktoru tədbirdən şox məmnun qaldığını və maarifləndirici əhəmiyyətini xüsusi ilə vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi