Xocalı faciəsinin 28-ci il dönümü

    22.02.2020-ci il tarixində liseyin tarix  müəllimi Bayramova Arzu  özünün sinif rəhbəri olduğu 6b sinif şagirdləri ilə birgə Şüşa Dövlət Dram teatrında Xocalı soyqrımının 28 -ci il dönümünə həsr olunmuş " Xocalıya ədalət  " adlı ədəbi - bədii gecədə iştirak etdi.

    Gecədə bir-birindən dəyərli şeirlər ,mahnılar səsləndi, səhnələr canlandırıldı.Teatrın peşəkar aktyorları tamaşaçılara Xocalı faciəsini əks etdirən kompozisiyalar nümayiş etdirərək, onlarda düşmənə nifrət,vətənə məhəbbət hissini ustalıqla təqdim etdilər.

    Bütün bu çıxışlar şagirdlərdə vətənə ,xalqa sevgini daha da artırdı.Xocalı soyqrımının dəhşətini ,faciəsini daha da dərindən anlamağa kömək oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi