Latviyanın Azərbaycandakı səfirinin şagirdlərlə görüşü

29.04.2016-cı il tarixində Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərovanın təşəbbüsü ilə liseydə Latviyanın paytaxtı Riqa məktəbi ilə əməkdaşlıq layihəsinin açılışı olmuşdur. Məqsəd hər iki dövlətin adət-ənənələrinin mədəniyyətini, tarixini, memarlıq abidələrini, milli mətbəxini və s. müştərək öyrənməkdən ibarət olmuşdur. Bu münasibətlə Latviyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Yuris Maklakovs liseyin qonağı olmuşdur. Layihənin açılışında səfirlə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, İnkişaf Layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev, “Vətən uğrunda” qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli və bəzi məktəb direktorları iştirak etmişdir. Liseyin direktoru qonaqları salamlayaraq layihəni açıq elan etmişdir. Tədbir liseyin tarix müəllimi Ziyafət Nəcəfovanın üç qrupa bölünmüş IX sinif şagirdləri ilə “İntel” proqramı əsasında hazırladığı təqdimatla davam etmişdir. Birinci qrupun təqdimatında Latviyanın atributları, memarlıq abidələri, tarixi, məhşur şəxsiyyətləri, ənənəvi mətbəxi və s. öz əksini tapmışdır. İkinci qrup maraqlı faktlar əsasında bukletlər, divar qəzetləri nəşr etməklə təqdimatını nümayiş etdirmişdir. Üçüncü qrupun şagirdləri isə Azərbaycan və Latviya arasındakı diplomatik əlaqələri web-sayt yaratmaqla təqdim etmişlər. Şagirdlərin təqdimatlarından sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova çıxış edərək liseyin müəllim və şagird kollektivinə öz təşəkkürlərini bildirmişlər. “Vətən uğrunda” qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli liseyin direktoruna Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin “Dostluq” mükafatını təqdim etmişdir. Tədbirdə çıxış edən səfir liseyin direktoruna, layihənin rəhbəri Ziyafət Nəcəfovaya və şagirdlərə hazırladıqları bu möhtəşəm tədbirə görə öz minnətdarlığını ifadə etmişdir. Latviya haqqında şagirdlərin bu qədər geniş məlumatlı olduğuna təəccübləndiyini etiraf etmişdir. O, şagirdləri noyabr ayında Latviyanın Müstəqillik gününə həsr ediləcək tədbirə dəvət etmişdir. Tədbirin sonunda liseyin X sinif şagirdi Rzayev İlkinin cəkdiyi Azərbaycan və Latviyanın rəmzləri əks olunan rəsm əsəri səfirə hədiyyə edilmişdir. Tədbirə Azərbaycan mətbəxinin təqdimatından sonra yekun vurulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi