Tullantılardan incəsənətə

    31 yanvar  2020-ci ildə "Nargis "  ,  "Yaşıl şəbəbkə " ,   " Uşaq və Gənclik İnkişaf Mərkəzi " ilə birlikdə şagirdlər arasında müsabiqə keçirdi.Bu müsabiqə ekoklub rəhbərləri və Gəncliyə İnkişaf  Mərkəzinin liderlərinin iştirakı ilə baş tutdu.

    Müsabiqə məktəblilərin ekoloji biliklərini genişləndirmək ,ekoloji tərbiyə və şagirdlərin yaradıcı qabiliyyətlərini üzə çıxarmaq  məqsədi ilə keçirildi.Tədbirdə ümumtəhsil məktəblilərin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi də nəzərdə tutyulmuşdu.

    Müsabiqə " Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudovanın,Təhsil Nazirliyinin Məktəbkənar fəaliyyətin təhsil şöbəsinin müdiri Vasif Məmmədov,Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadənin və digər şəxslərin iştirakı ilə keçirildi.

    Liseyimizin 5b sinif şagirdi Nərgiz İbrahimova öz əl işləri ilə bu yarışmaya rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi