Valideynin məktəbdə bir günü

    12.12.2019-cu il tarixdə "Valideynin məktəbdə bir günü " lahiyəsinin çərçivəsində valideynlərin liseyə ziyarəti təşkil edilmişdir.Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini valideynləri liseyin tədris mühiti və  şagirdlərin təlim nəticələri  yaxından etmişdir.Təhsil siyasətində müəllimin təhsildə rolunu yüksək səviyyədə olmasına yaxından bələd olmaq üçün valideynlərin məktəbi  ziyarət etməsinin vacibliyini vurğulayan S.Hüseynova onları müxtəlif fənn müəllimlərinin dərslərində olmağa dəvət etdi

    Liseyin təşkilat işləri üzrə d/m Z.Qasımova valideynlərə dərslərdə davamiyyətin yüksək səviyyədə olmasını müsahidə etmək üçün valideynlərlə birlikdə bir neçə sinifdə oldu.Valideynlərə liseyin ictimai həyatında baş verənlərdən ,onun uğurlarından söhbət açdı.Onlara hər kəs üçün maariflənməsi vacib olan bullinq haqqinda məlumatlandırdı və cəmiyyətin bundan əziyyət çəkməməsi üçün hər kəsin öz ailəsindən ,öz övladlarindan bunu başlamasini tövsiyə etdi.

    Seminardan sonra valideynlər müxtəlif müəlllimlərin dərslərində iştirak etdilər.

    Günün sonunda ulu öndər H.Əliyevin anım gününə həsr olunmuş " Sən elə bir zirvəsən" adlı dəyirmi masada keçirilən müzakirəyə qatıldılar.Liseyin tarix müəllimi Ş.Ağayevanin təşkil etdiyi dəyirmi masada həm şagirdlər,həm müəllimlər,həm də valideynlər Ümummilli lider H.Əliyev haqqında dolğun fikirlər söyləyərək,onun həyat və yaradıcılığını müzakirə etdilər.Dəyirmi masanı yekun sözü  ilə bitirən Z.Qasımova qeyd etdi ki,doğrudan da ulu öndər H.Əliyev fəth edilməmiş  bir zirvədir.Onu fəth etmək üçün elmi araşdırmalara hələ çox böyük ehtiyac var.

    " Valideynin məktəbdə bir günü" lahiyəsi çərçicvəsində keçirilmiş tədbir valideynlərin məktəblə,təhsillə sıx əməkdaşlıq etməsinə yeni bir təkandır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi