Fizika-kimya aylığının növbəti açıq dərsi
22 aprel 2016-cı il tarixdə 9a sinfində fizika-kimya aylığı çərçivəsində fəaliyyət planına uyğun fizika fənnindən müəllim Mirac Kazımovanın "Optika" mövzusunda açıq dərsi keçirildi. Müəllim fəal dərsin məqsədinin əvvəlcədən müəyyənləşdirilməsi və təşkil olunması prinsipinə əsaslanaraq ilk anlardan idrak fəallığı və stimullaşdırma yaratdı, fərdi, dioloji, qrup ünsiyyəti qura bildi, resursları mövzuya uyğun seçdi. Dərsin bütün mərhələlərində maraqlı, əyləncəli, səmərəli üsul və vasitələrdən istifadə edərək mənimsəmə və möhkəmləndirmə xarakterli əməli işlər nümayiş etdirdi və hər mərhələdə məqsədə müvafiq qiymətləndirmə formalarından istifadə etdi. Açıq dərsdə liseyin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini və fizika müəllimləri iştirak etdilər.