Narkomaniya ümumbəşəri bəladır

21.04.2016-cı il tarixdə narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı məktəblilər arasında narkotiklərin insan orqanizminə zərərli təsiri, həmçinin narkomanlığın cəmiyyətə ziyanı barədə təbliğatın gücləndirilməsi məqsədi ilə “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Bakı şəhər BPİ –nin, Nərimanov RPİ-nin əməkdaşları və Veteranlar şurasının üzvləri iştirak etmişlər. Nərimanov RPİ-nin rəisi polis polkovniki İsmayıl Əsədov çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin insanlara və cəmiyyətə məhvedici təsirindən danışmışdır. Nərimanov RPİ-nin rəis müavini polis polkovniki Nizami İsmayılov , Nərimanov RPİ-nin Veteranlar şurasının sədri Paşa Kərimov, Bakı şəhəri BPİ –nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin baş inspektoru polis mayoru Məryəm Ömərova və Nərimanov RPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis mayoru Rüstəm Rüstəmov öz çıxışlarında müstəqil dövlətimizin gələcək qurucuları olan şagirdlərə sağlam həyat tərzi yaşamağı təbliğ etməklə yanaşı, onların təlim-tərbiyəsinə müsbət təsir edən, vətəndaş mövqeyi aşılayan faktlara əsaslanaraq həmişə doğru yol seçmələrini tövsiyə etmişlər. Tədbirin sonunda liseyin direktoru tədbirin təşkili və keçirilməsi üçün qonaqlara öz təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi