Ulu Öndər Heydər Əliyevin anım günü

12.12.2019-cu il tarixdə liseydə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada liseyin direktor müavini Zeynəb Qasımova, UBR Ətlas Zeynalova, rus dili və ədəbiyyat müəllimi Qorbaçova İvetta, valideynlər və şagirdlər iştirak etdilər. Liseyin tarix müəllimi Ağayeva Şəfiqə Ulu öndərin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat vermişdir. Onun tək Respublikamızda deyil beynəlxalq aləmdə də olan xidmətlərindən danışmışdır və şagirdlərimizi bir daha Ulu öndərimizin bizə miras qoyub getdiyi ölkəmizi sevməyə onun uğrunda lazım gələrsə canından keçməyi tövsiyə etmişdir. Dəyirmi masada iştirak edən valideynlərin də sualları cavablandırılmışdır. İlk dərslər Ulu öndərin anım gününə həsr edilmişdir, liseyin müəllim və şagird kollektivi Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət etmişlər.