MDB üçün 100 ideyanın qalibi

13-15 aprel 2016-cı il tarixində Belarusun paytaxtı Minsk şəhərində “MDB üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsi keçirilmişdir. Həmin layihədə MDB ölkələrinin gəncləri müxtəlif nominasiyalar üzrə çıxış etmişlər. Ölkəmizi “İnformasiya Texnologiyaları” nominasiyası üzrə liseyin IX sinif şagirdi Nağızadə Elşən təmsil edirdi. Onun “Antivirusun yeni sistemi və Windows 10 sisteminin yeni müdafiəsi “ mövzusunda təqdimatı qalib olmuşdur. Nağızadə Elşənin işi haqqında Belarus televiziyası xəbərlərində məlumat verilmişdir. Onu da qeyd etmək lazımdır ki, Nağızadə Elşən yarışmaya Azərbaycan Respublikası Gənclər və Turizm Nazirliyinin xətti ilə göndərilmişdir. Qalibimizi təbrik edirik və gələcəkdə yeni-yeni uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi