Açıq dərs

18.04.2016-cı il tarixində liseydə fizika-kimya aylığı çərçivəsində müəllim Nəzmiyyə Qurbanovanın 10c sinfində (rus bölməsi) kimya fənni üzrə “Etil spirti” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə innovativ təlim üsullarından geniş istifadə olunmuşdur. Rollu oyunların tətbiq olunduğu dərsdə şagird fəallığı xüsusi hiss olunurdu. Şagirdlərin mövzu ilə bağlı həm elmə əsaslanan, həm də əyləncəli fikirləri, dolğun cavabları dinləyiciləri çox razı saldı. Dərsdə liseyin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, ixtisas və digər fənn müəllimləri iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi