Sevgi şairi

30 Aprel tarixində kitabxanaçı Yaqut Baxşəliyevanın təşkilatçılığı , “ Gənc qirətçilər “ dərnəyinin üzvlərinin iştirakı ilə dəyirmi masa keçirildi.Tədbirin keçirilməsində məqsəd Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biri olan Mikayıl Müşfiqin yardıçılığını bir daha oxuculara çatdırmaq idi. Yaqut xanım çıxış edərək bildirdi ki, Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan "Oxu, tar", "Qal, sənə qurban", "Sənin gülüşlərin", "Ana", "Yenə o bağ olaydı" və digər şeirləri və bu şeirlərə bəstələnmiş musiqilər dinləyici alqışını qazanmış sənət əsərləridir. Onun vətən, ana, sevgi haqqında yazdığı şeirlərdən bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Daha sonra şairdlərin ifasında şairin şeirləri səsləndirildi. Əminə Yusifqızının ifasında səsləndirilən “ Yenə o bağ olaydı “ şeiri isə tədbirə xüsusi rəng qatdı.