“ Atəşgah məbədi” nə ekskursiya

             Məktəbin Fəaliyyət Planına və “ Dəyərlərimizi qoruyaq “ layihəsinin Tədbirlər Planına uyğun olaraq "Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri” mövzusunda Suraxanıda yerləşən “Atəşgah məbədi”nə ekskursiya təşkil olundu. Ekskursiyanı  təşkil edən sinif müəllimi Tahirə Məmmədova hədəf kimi şagirdlərdə milli özünüdərk, milli təfəkkür və milli iftixar hissinin aşılanmasını seçmişdi.
Atəşgah məbədində şagirdlərə təhkim olunmuş bələdçi çıxış edərək məbədin tarixi barədə geniş məlumat verdi.Məbədin otaqlarında (hücrələrində) yerləşən eradan əvvələ aid olan əşyaların bəzi nümunələri, alban əsgərlərinin geyimləri, tacirlərin yaşam tərzini əks etdirən maketləri, sayı 20 olan qiymətli daş kitabələr şagirdlərin xüsusi marağına səbəb oldu
             Təşkil olunmuş ekskursiya zamanı qədim dövrün adət-ənənələri, dinləri, xarici ölkələrlə ticarət əlaqələri, insanların yaşayış tərzi haqqında məlumat alan şagirdlərdə adət-ənənələrə hörmət, milli özünüdərk və tariximizlə bağlı yeni düşüncələr formalaşdırdı. Sonda isə şagirdlər məbəddə xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi