Təhlükədən uzaq olaq !

             Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə bu gün məktəbdə tədbir keçirildi. “ Sağlam nəsil – parlaq gələcək “ layihəsi çərçivəsində keçirilən tədbirdə Suraxanı RİH- nin əməkdaşı Novruz Əhmədzadə , Suraxanı RPİ-nin rəis koməkçisi polkovnik- leytenantı Elmin Zalov , yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi, polkovnik- leytenant Əfqan Ağayev ,  inspektorlar Emin Məmmədov və İlahə Babayeva iştirak edirdilər . Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Bu maarifləndirici tədbirdə  bu gün bütün dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın,  kibertəhlükəsizliyin   yeniyetmə və gənclər üçün necə təhlükəli bir bəla olduğundan ,  son illər ərzində Suraxanı  rayonunda bu sahələrdə aparılan profilaktiki tədbirlər barədə məlumat verildi, VIII sinif şagirdi Alidə Ağazadə “ Kibertəhlükəsizlik və kiberbullinq” mövzusunda təqdimatla çıxış etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi