Kiçik qəhrəmanın böyük hekayəsi

             23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Keçmişlə gələcək arasında əlaqə , nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehrli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. 
             F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 nömrəli filialının təşkilatçılığı ilə 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar məktəbdə dəyirmi masa keçirildi. Tədbirdə ədəbiyyat müəllimi Şəfa Əhmədova , uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Gülər Hacıyeva və VI sinif şagirdləri iştirak edirdi. Bu günün qeyd olunmasında məqsəd şagirdləri kitablardan və mütaliədən zövq almağa təşviq etmək , onlarda bədii ədəbiyyata marağı artırmaqdır. 
             Dünya şöhrətli fransız yazıçısı V.Hüqonun “ Səfillər “ romanı əsasında müzakirə aparıldı. Kitabxana əməkdaşları tərəfindən günlə bağlı məlumat verildi. 
             Daha sonra  V.Hüqonun  həyat və yaradıcılığına nəzər salındı , şagirdlərlə birgə “ Səfillər “ romanındakı obrazların təhlili aparıldı, əsərdəki maraqlı faktlara nəzər yetirildi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi