IV Uşaq Kitab Festivalı

Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatçılar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə IV Uşaq Kitab Festivalı baş tutmuşdur. Həmin festivalda müəllim Xatirə İskəndərovanın rəhbərliyi ilə məktəbin II “C” sinif şagirdləri də iştirak etmişdir. Sərgidə iştirak etməkdə məqsəd uşaqlara kitab oxumağı sevdirərək onların oxu vərdişlərini inkişaf etdirmək, ədəbiyyata olan maraqlarını artırmaq, yazıçılar və onların əsərləri ilə tanış olmaqdan ibarət idi.