Ən böyük fürsət- SƏNSƏN

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, məktəbin məzunu olmuş Nihat Həsənzadə bu gün məktəbin X-XI sinif şagirdləri ilə görüşdü. Nihat Şəxsi inkişaf və motivasiya təlimçisi kimi fəaliyyət göstərir. Onun budəfəki mövzusu “ Ən böyük fürsət- SƏNSƏN “ adlı motivasiya təlimi idi. Təlimin məqsədi gənclərə özlərinə inamı aşılamaq , daxili potensiallarını kəşf etməyə təşviq etmək və həyatdakı imkanları dəyərləndirməyi öyrətmək idi. Nihat Həsənzadənin də vurğuladığı kimi, belə görüşlərin keçirilməsi şagirdlərin seçimlərinə müsbət təsir göstərəcək , gələcəyin uğurlu və özünəinamlı fərdlərin formalaşmasına təkan verəcək .
Tədbirdə məktəbin direktoru Kunzala Həmidova və müəllimlər də iştirak edirdi. Sonda Kunzala xanım Nihata səmərəli fəaliyyətinə görə təşəkkür etdi və gələcək layihələrində uğurlar dilədi.