Buraxılış imtahanının nəticələri

11-ci sinif şagirdlərimiz buraxılış imtahanında yüksək nəticələr göstəriblər!
Məktəbimizin 29 nəfər olmaqla 11-ci sinif şagirdləri 2025-ci il buraxılış imtahanlarında yüksək nəticələr göstərərək məktəbimizin uğur ənənəsini davam etdirmişlər.
Bu uğur ilk növbədə şagirdlərimizin əzmi, müəllimlərimizin fədakarlığı və valideynlərin dəstəyi sayəsində mümkün olmuşdur. Məktəb heyətimizin hər bir üzvü bu prosesdə öz peşəkarlığını, səbrini və məsuliyyətini nümayiş etdirmişdir.
Biz bu nailiyyəti məktəb kollektivi olaraq birlik və əməkdaşlığımızın təzahürü kimi qiymətləndirir, bütün şagirdlərimizi, müəllim və valideynlərimizi təbrik edirik!
Əminik ki, qarşıdakı qəbul imtahanlarında da şagirdlərimiz eyni səviyyədə yüksək nəticələr göstərəcəklər.