Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi

             Asudə vaxtın səmərəli təşkili,  eyni zamanda Azərbaycanın dünyanın qədim insan məskənlərindən biri olmasını və  tarixi abidələrlə zənginliyini şagirdlərin diqqətinə çatdırmaq məqsədilə müəllim Təmanət Paşayevanın təşkilatçılığı ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olundu. Ekskursiyada V sinif şagirdləri iştirak edirdi. Kompleksdə şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri , Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi